07.09.2022-ci il tarixdə Gəncə şəhər Yeni qəsəbə-2 də Xocalı rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın təşəbbüsü ilə “Gender bərabərliyi” mövzusunda tədbir keçirildi. Tədbirdə İctimai Şuranın üzvləri və bir qrup qəsəbə sakinləri iştirak etdilər. Tədbiri giriş sözü ilə açan İctimai Şuranın sədri Qalib Quliyev mövzu ətrafında maarifləndirici söhbət açdı. Ölkəmizdə dövlət-vətəndaş münasibətinin bütün sahələrdə bərabər olduğunu, vətəndaşların dövlət orqanlarına əlçatanlığını xüsusi vurğuladı. Bildirdi ki, ölkəmizdə qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Bu sahədə zəngin qanunvercilik bazası mövcuddur. Dövlətimiz gender bərabərliyi, uşaqların hüquqlarının qorunması ilə bağlı bütün beynəlxalq konvensiyalara qoşulmuşdur.
Çıxışlarda sakinlər bir sıra təkliflər səsləndirdilər. Xocalı rayon ziyalısı Xudayar Quliyev dedi ki, rayonumuzda erkən nikahlar, boşanma halları ən aşağı səviyyədədir. Valideyn – övlad münasibətlərinin önəmindən danışan Xudayar müəllim bildirdi ki, hər bir şagird ilk öncə ailədə formalaşır. Buna görə də daim müəllimlər valideynlərlə sıx əlaqədə olurlar. Daha sonra mövzu ətrafında çıxışlar davam etdirildi. Sakinlər mövzu ətrafında öz təkliflərini və fikirlərini bölüşdülər, mövzunun vacibliyini qeyd etdilər.